“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Security” MMC-nin direktoru Tehran Babatov vəzifəsindən azad edilib.
Şirkətə rəhbərlik Azər Alıyevə həvalə olunub.
Xatırladaq ki, “ASK Security” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət ASK və onun törəmə müəssisələrinə məxsus qeyri-yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və qorunmasını həyata keçirir.