Azərbaycanda dövlət hesabına mənzil alan ailələrin sayı 88% artıb

Azərbaycanda 2025-ci ildə dövlət hesabına mənzil alan və ya yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı əvvəlki illə müqayisədə kəskin artıb.

Banker.az-ın verdiyi məlumata görə, il ərzində 4 802 ailə dövlət hesabına mənzil alıb və ya yaşayış şəraitini yaxşılaşdırıb.

2024-cü ildə bu göstərici 2 555 ailə idi. Beləliklə, bir il ərzində artım təxminən 88 faiz təşkil edib.

2025-ci ildə mənzil alanların böyük əksəriyyətini məcburi köçkün ailələri təşkil edib. Bu kateqoriya üzrə 4 370 ailənin yaşayış şəraiti yaxşılaşdırılıb. Bu, ümumi sayın təxminən 91 faizinə bərabərdir.

Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər üzrə 229, şəhid ailələri üzrə isə 158 ailənin yaşayış şəraiti yaxşılaşdırılıb.

Bununla yanaşı, güzəştli şərtlərlə mənzil əldə edən ailələrin sayı azalıb. 2024-cü ildə belə ailələrin sayı 618 olduğu halda, 2025-ci ildə 469-a düşüb.

Müqayisə üçün, dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2020-ci ildə 5 610, 2022-ci ildə isə 1 794 olmuşdu.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər