15 C
Baku
Sunday, October 26, 2025

Azərbaycanda dövlət ipotekası üzrə orta illik dərəcə azalıb

2014-cü ildə Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 97,1 milyon manat məbləğində kredit verilib ki, bu da inişillə müqayisədə 14 faiz azdır. Bu barədə AMB-nin saytında dərc edilən statistik hesabatda deyilir.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan 636 milyon manat dəyərində, o cümlədən 2013-cü ildə 112,9 milyon manat, 2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat ipoteka krediti ayrılıb.

2014-cü il ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 126,4 milyon manat təşkil edib.

Trend.az

Son xəbərlər
Digər xəbərlər