16 C
Baku
Friday, April 18, 2025

Azərbaycanda dövlət işçilərinin sayı 21 min nəfər azalıb

2025-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1758,8 min nəfər olmuş, onlardan 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1757 min nəfər olmuş, onlardan 879.5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877.5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727.2 min nəfər olmuş, onlardan 899.7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Belə ki, illik müqayisədə dövlət sektorunda işçilərin sayı 21.2 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə işçilərin sayı 52.8 min nəfər artıb.

 

Son xəbərlər
Digər xəbərlər