5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda dövlət istiqrazlarının gəlirliliyi 8 aydan sonra ilk dəfə artmağa başladı

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən emissiya edilən qısa müddətli istiqrazların gəlirlilik səviyyəsi 2020-ci ilin mayından bu tərəfə ilk dəfə artmağa başlayıb.

Banker.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Məlumata görə illik istiqrazların ödəniş dərəcəsi fevral ayında 6.2%-ə yüksəlib.

Bu yanvar ayında 5.94% təşkil edirdi.

Azalma tendensiyası 2020-ci ilin may ayındakı pik nöqtədən (9.89%) sonra başlamışdı.  Son bir ildə isə ən minimal göstərici ötən ilin fevralında 3.96% təşkil edirdi.ee3

Dövlət istiqrazları

Müxtəlif dövlətlərin Xəzinədarlıqları və ya Maliyyə Nazirliyi tərəfindən emissiya edilir. Ölkə suveren reytinqindən və müddətindən asılı olaraq bu istiqrazların gəlirlikləri dəyişir.
Emitentin defolt riski azdır. Banklar və maliyyə təşkilatlarının kapital adekvatlıqları hesablanarkən bu istiqrazların risk əmsalları aşağı götürülür.

Son xəbərlər
Digər xəbərlər