Bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Turizm Agentliyində olan qoruqlara gələn yerli turistlərin sayı 52% artıb.
Bunu Palçıq Vulkanları Turizm Kompleksinə mediatur zamanı jurnalistlərə açıqlamasında Agentliyin tabeliyində Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli deyib.
O, bildirib ki, 5 ayda sözügedən qoruqlara xarici turist axını 80%-dən çox artıb:
“Ümumi qoruqların gəlirində bu il 162% artım var”.
“Bu il Palçıq Vulkanları Turizm Komleksinə 200 mindən çox turistin gələcəyini planlayırıq. Bu say digər qoruqlara baxanda daha artacaq”, – deyə M.Ağabəyli əlavə edib.