-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda dövlət qurumlarını hədəf alan 2.8 milyon zərərli elektron poçt bloklanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 7 milyon 865 min 699 elektron poçt emal edilib, onlardan 7 milyon 185 min 983-ü istifadəçilərə çatdırılıb, 679 min 716-sı zərərli tərkibli olduğu üçün blok edilib.

2023-cü ilin eyni dövrü ilə müqayisədə bloklanmış zərərli elektron poçt sayı 17 % azalıb.

Xatırladaq ki, 2023-cü ildə dövlət elektron poçt xidmətinə 27 milyon 756 min elektron poçt daxil olub, onlardan 24 milyon 716 mini istifadəçilərə çatdırılıb, 2 milyon 773 mini zərərli tərkibli olduğu üçün blok edilib.

Son xəbərlər
Digər xəbərlər