Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçiriləcək.
İclasın gündəliyinə “Dövlət rüsumu haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlara, Su Məcəlləsində, Gömrük Məcəlləsində və digər qanunlarda dəyişikliklərin olunması daxil edilib.
İclasda dövlət rüsumlarının inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi, dövlət rüsumlarının tam olaraq büdcəyə köçürülməsi, sığorta münasibətlərinin dəqiqləşdirilməsi, su obyektlərinin xüsusi məqsədlər üçün istifadəyə verilməsi qaydaları, səlahiyyətli iqtisadi operator statusuna görə rüsumun müəyyən edilməsi və digər məsələlər müzakirə ediləcək.