Nazirlər Kabineti “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra hüquqi şəxs və yaxud hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və yaxud) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birlik tərəfindən təqdim edilmiş təklifin tələblərə tam cavab verməsi üçün tərəflərdən birinin məbləğlə ifadə olunan təcrübə və maliyyə imkanları tələblərin ən azı 40%-ni, digərlərinin hər birinin təcrübə və maliyyə imkanları isə tələblərin ən azı 25%-ni ödəməlidir.
Qərar bu il yanvarın 1-dən qüvvəyə minib.