Azərbaycanda dövlət sektorunda çalışanların sayı 1 ayda 8 min nəfərə yaxın azalıb

2026-cı ilin avqust ayının 1-i vəziyyətinə olan məlumatlara əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 781,1 min nəfər təşkil edib. Bu göstərici iyul ayının 1-i ilə müqayisədə 6,3 min nəfər və ya təxminən 0,35% azalma deməkdir. İyulun 1-də ölkə üzrə muzdlu işçilərin sayı 1 milyon 787,4 min nəfər olmuşdu.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azalmanın əsas payı dövlət sektorunun üzərinə düşüb. İyul ayında dövlət sektorunda çalışanların sayı 844,6 min nəfər olduğu halda, avqustun 1-nə olan göstərici 836,9 min nəfərə düşüb. Beləliklə, bir ay ərzində dövlət sektorunda muzdla çalışanların sayı 7,7 min nəfər (0,9%) azalıb.

Özəl sektorda isə əksinə, cüzi artım qeydə alınıb. İyulun 1-də qeyri-dövlət sektorunda 942,8 min nəfər fəaliyyət göstərirdisə, avqustun 1-nə olan məlumata görə bu rəqəm 944,2 min nəfərə yüksəlib. Bu da özəl sektorda çalışanların sayının bir ayda 1,4 min nəfər (0,15%) artması deməkdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər