Azərbaycanda dövlətdə çalışan işçilərin sayı 2022-ci il sentyabr ayının 1-i tarixinə 6.1 min nəfər azalıb.
Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.
Məlumata görə, bu da illik müqayisədə təqribən 0.7 faiz azalmaqla 894.5 min nəfərə düşməsi deməkdir.
Dövlət sektoruna iqtisadi fəaliyyət üzrə ən çox azalma inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə olub. Bu sektorunda işçilərin sayı 2.2 min nəfər azalaraq 66.8 min nəfər olub.
Siyahı tam belədir:
2022-ci il sentyabr ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı,min nəfər |
|||||
İqtisadi fəaliyyət növləri | 2022 | 2021 | Dəyişmə | Dəyişmə, min nəfər | |
Ölkə üzrə – cəmi | 894.5 | 900.6 | -0.7% | -6.10 | |
1 | Təhsil | 313.5 | 311.8 | 0.5% | 1.70 |
2 | Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 115.5 | 116 | -0.4% | -0.50 |
3 | Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 106.6 | 106.3 | 0.3% | 0.30 |
4 | İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 66.8 | 69 | -3.2% | -2.20 |
5 | İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 48.6 | 49.3 | -1.4% | -0.70 |
6 | Nəqliyyat və anbar təsərrüfatı | 44 | 44.9 | -2.0% | -0.90 |
7 | Peşə, elmi və texniki fəaliyyət | 31.5 | 33.6 | -6.3% | -2.10 |
8 | Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 30.2 | 29.1 | 3.8% | 1.10 |
9 | Tikinti | 25.7 | 26.9 | -4.5% | -1.20 |
10 | Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 25.5 | 25.5 | 0.0% | 0.00 |
11 | Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 25.3 | 25.2 | 0.4% | 0.10 |
12 | Emal sənayesi | 16.9 | 18.4 | -8.2% | -1.50 |
13 | İnformasiya və rabitə | 14.2 | 15.3 | -7.2% | -1.10 |
14 | Mədənçıxarma sənayesi | 11.6 | 12.1 | -4.1% | -0.50 |
15 | Maliyyə və sığorta fəaliyyəti | 6.8 | 6.2 | 9.7% | 0.60 |
16 | Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 5.5 | 5.6 | -1.8% | -0.10 |
17 | Ticarət; nəqliyyat vasitələrinin təmiri | 2.3 | 2.4 | -4.2% | -0.10 |
18 | Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 1.3 | 1.1 | 18.2% | 0.20 |