6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda dövlət sektorunda çalışanların sayı azalıb

Azərbaycanda dövlətdə çalışan işçilərin sayı 2022-ci il sentyabr ayının 1-i tarixinə 6.1 min nəfər azalıb.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Məlumata görə, bu da illik müqayisədə təqribən 0.7 faiz azalmaqla 894.5 min nəfərə düşməsi deməkdir.

Dövlət sektoruna iqtisadi fəaliyyət üzrə ən çox azalma inzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə olub. Bu sektorunda işçilərin sayı 2.2 min nəfər azalaraq 66.8 min nəfər olub.

Siyahı tam belədir:

2022-ci il sentyabr ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət
və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı,min nəfər
İqtisadi fəaliyyət növləri 2022 2021 Dəyişmə Dəyişmə, min nəfər
Ölkə üzrə – cəmi 894.5 900.6 -0.7% -6.10
1 Təhsil 313.5 311.8 0.5% 1.70
2 Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 115.5 116 -0.4% -0.50
3 Dövlət idarəetməsi və müdafiə; sosial təminat 106.6 106.3 0.3% 0.30
4 İnzibati və yardımçı xidmətlərin göstərilməsi 66.8 69 -3.2% -2.20
5 İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 48.6 49.3 -1.4% -0.70
6 Nəqliyyat və anbar təsərrüfatı 44 44.9 -2.0% -0.90
7 Peşə, elmi və texniki fəaliyyət 31.5 33.6 -6.3% -2.10
8 Su təchizatı, tullantıların təmizlənməsi və emalı 30.2 29.1 3.8% 1.10
9 Tikinti 25.7 26.9 -4.5% -1.20
10 Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 25.5 25.5 0.0% 0.00
11 Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 25.3 25.2 0.4% 0.10
12 Emal sənayesi 16.9 18.4 -8.2% -1.50
13 İnformasiya və rabitə 14.2 15.3 -7.2% -1.10
14 Mədənçıxarma sənayesi 11.6 12.1 -4.1% -0.50
15 Maliyyə və sığorta fəaliyyəti 6.8 6.2 9.7% 0.60
16 Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 5.5 5.6 -1.8% -0.10
17 Ticarət; nəqliyyat vasitələrinin təmiri 2.3 2.4 -4.2% -0.10
18 Turistlərin yerləşdirilməsi və ictimai iaşə 1.3 1.1 18.2% 0.20

 

 

Son xəbərlər
Digər xəbərlər