Azərbaycanda dövlət şirkəti ləğv edilir

“5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilir.

Banker.az xəbər verir ki, cəmiyyətin bütün hüquq və vəzifələri “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.

Bununla əlaqədar olaraq, “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin debitor və kreditorlardan Bakı şəhəri, AZ1010, Dilarə Əliyeva küçəsi 230 ünvanına təqdim etmələri xahiş olunur.

“5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin nizamnamə kaöitalı 10 000 000 manatdır və qanuni təmsilçisi Fədai Abbasovdur. “5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC — “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin strukturuna daxil olan, ölkədə dəmir yollarının tikintisi, əsaslı təmiri və infrastruktur layihələrinin icrası ilə məşğul olmuş dövlət müəssisələrindən biridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər