“Azərçörək”in 18 saylı çörəkbişirmə müəssisəsi adını və hüquqi formasını dəyişdi
Banker.az xəbər verir ki, “Azərtaxıl” Dövlət Şirkətinin tərkibində fəaliyyət göstərən “Azərçörək” İB-nin 18 saylı çörəkbişirmə müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişdiyini elan edib.
Müəssisə bundan sonra “Techaz Services and Supply” Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Azərçörək”in 18 saylı çörəkbişirmə müəssisəsi 2004-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Rauf Əfəndiyevdir.







