Bu ilin yanvar ayında Azərbaycanda dövlət xətti ilə 13mln. manat ipoteka krediti verilib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11%azdır.
Son 1 ildə İpoteka və Kredit Zəmanət Fondunun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 39,95% artaraq 22,9 mln. manata çatıb.







