13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği ₼3 milyardı keçib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 49 276 borcalana 3 milyard 6,359 milyon manat kredit verib.

Bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 439,716 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 427 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər