14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda dövlət xəttilə kirayəyə verilmiş mənzillərin sayı 2 500-ü ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 40 652 borcalana 2 milyard 298.501 milyon manat kredit verib.

Bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 320.751 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 502 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər