12 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda duru qida yağlarının istehsalında böyük artım olub

Azərbaycan 2024-cü ilin ilk yarısında 6 047.6 ton həcmində qarğıdalı yağı istehsal etməklə öncəki ili üstələyib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü ili 2390 ton və ya 65 faiz üstələmiş olub.

2023-cü ilin ilk üç ayında 3 657.5 ton qarğıdalı yağı istehsal edilmişdi. Bu il Azərbaycan xaricdən 3 520.2 tonluq xam qarğıdalı yağı ($4.49 mln.) və 6 064.3 ton hazır qarğıdalı ($8.94 mln.) idxal edib.

İstehlak səbətində mühüm yerə sahib olan günəxaban yağının istehsalı isə 14 435.6 ton olub ki, bu illik müqayisədə 26 faiz artımdır. Günəbaxanın idxal həcmi cari ilin ilk 6 ayında 22 579.9 ton ($18.47 mln.) olub.

Keçən ilin analoji dövründə 1 534.6 ton istehsal edilmiş pambıq yağının həcmi cari ildə kəskin enişlə 79.4 tona düşüb.

DSK-ya açıqlanan məlumatlara əsasən, ölkədə qida səbətinə əsas yerə sahib olan yağ – kərə yağının istehsalı düşüb. Belə ki, 2024-cü ilin ilk yarısında süddən əldə edilən kərə yağının həcmi illik müqayisədə azalaraq 10 598.9 tona düşüb. Bu, illik müqayisədə 5 faiz azalmadır. Kərə yağının idxal həcmi 8 164.9 ton ($45.03  mln.) təşkil edib. ətraflı.

Zeytun yağı isə illik müqayisədə 16 faiz azalma ilə 413.6 tona düşüb.

Son xəbərlər
Digər xəbərlər