2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 5 163.4 ton duru bitki yağları istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 44.6% azalıb.
01.02.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5 488.2 ton təşkil edib.
Bu ilin yanvar-fevral aylarında kərə yağı istehsalı isə 4 377 ton olub. Bu da ötən ilin göstəricisindən 2.2% azdır.