15 C
Baku
Wednesday, April 2, 2025

Azərbaycanda “E-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiqlənib

Nazirlər Kabineti “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarının, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydaları “Dövlət rüsumu haqqında” qanuna uyğun hazırlanıb.

“E-bildiriş” Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq tərtib edilərək rəsmiləşdirilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər