11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda “e-sosial” internet portalı dekabr ayınadək hazır olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin noyabr ayında dövlət sosial xidmətləri üzrə “e-sosial” internet portalının yaradılması prosesini başa çatdırmağı planlaşdırır. Bu barədə nazirliyin məlumatında deyilir.

““e-sosial” internet portalının yaradılması ilə bağlı işlər Azərbaycan prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən aparılır və iki ay ərzində başa çatacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən portalın yaradılması işlərinin cari ilin noyabr ayında tam yekunlaşdırılması təmin ediləcək”, – deyə məlumatda bildirilir.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün “e-sosial” internet portalı mühüm mənbə rolunu oynayacaq. Ümumilikdə nazirliyin bütün xidmətləri avtomatlaşdırılmış formada bu portalda əhatə olunacaq. Geniş funksional imkanları özündə cəmləşdirəcək portal, eyni zamanda, müvafiq xidmətlərin sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına təminat verəcək.

Məlumata görə, nazirliyin tabeliyndə yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin fəaliyyəti üçün elektron infrastrukturda “e-sosial” internet portalı əsas alətlərdən biri olacaq.

Son xəbərlər
Digər xəbərlər