2021-ci ildə Azərbaycanda nağdsız əməliyyatların həcmi tarixi maksimuma yüksəldi.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat müddətində, POS-terminallarla nağdsız ödənişlərin həcmi 3 milyard 926 milyon manat olmaqla öncəki ili 1 milyard 754 milyon manat (81%) üstələdi. Hesabatda deyilir ki, ən yüksək POS-terminallarla nağdsız əməliyyatların ən yüksəyi isə dekabr ayı üzrə oldu. Ümumiyyətlə POS-terminallarla ödənişlərin həcmi yüksələn xətlə (aylıq ifadədə) davam etdi.
2021-ci ildə POS-terminallar vasitəsilə | ||
Sayı, min əməliyyat | Həcmi, mln. manat | |
CƏMİ | 104,868 | 3,926 |
Yanvar | 5,415 | 221 |
Fevral | 5,877 | 250 |
Mart | 7,667 | 342 |
Aprel | 7,430 | 311 |
May | 7,581 | 313 |
İyun | 8,662 | 327 |
İyul | 8,972 | 341 |
Avqust | 9,432 | 334 |
Sentyabr | 9,526 | 332 |
Oktyabr | 10,198 | 349 |
Noyabr | 11,637 | 381 |
Dekabr | 12,471 | 426 |
Elektron ticarətlə əməliyyatların həcmi isə 2021-ci il ərzində 7 milyard 208 milyon manata yüksəldi. Bu da illik müqayisədə 3 milyard 332 milyon manat (86% ) artım deməkdir. Elektron ticarətin isə 6 milyard 629.64 milyon manatı debet kartları ilə ölkə daxilində edilən əməliyyatlardır. Burada ən yüksək nəticə kimi ölkə daxilində olan e-ticarətin daha da genişlənməsini göstərmək olar.
Azərbaycanda hökumət son illərdə nağdsız ödənişlərə əhalinin meyillənməsini artırmaq üçün müxtəlif layihələr həyata keçirilib. Bura ƏDV Geri Al-ı daxil etmək olar. Bu lahiyhədə əhali alış-verişində nağd edərsə ƏDV-nin 10%-ni (1.8%), nağdsız edərsə 15%-ni (2.7%) keşbek kimi əldə edir. Diər tərəfdən isə ölkə bankları müxtəlif kampaniyalarla öz debet kartlarını müştərilərinə satmaqdadırlar. Bunun da nəticəsində Azərbaycanda debat kartlarının sayı illik müqayisədə 63% üzərində artım nümayiş etdirdi. Məsələn, Azərbaycanda 11 040 min plastik bank kartı var, o cümlədən 3 469 min ədədi sosial, 2 591 min ədədi əməkhaqqı 3 585 min ədədi digər debet kartı və 1 395 min ədədi isə kredit kartlarıdır.
2021-ci ildə elektron ticarət vasitəsilə | ||
Sayı, min əməliyyat | Həcmi, mln. manat | |
CƏMİ | 109,458 | 7,208 |
Yanvar | 6,683 | 360 |
Fevral | 6,826 | 370 |
Mart | 8,132 | 450 |
Aprel | 7,330 | 421 |
May | 7,916 | 440 |
İyun | 8,081 | 496 |
İyul | 8,498 | 539 |
Avqust | 8,804 | 565 |
Sentyabr | 10,243 | 774 |
Oktyabr | 10,685 | 803 |
Noyabr | 12,363 | 914 |
Dekabr | 13,898 | 1,076 |