Azərbaycanda e-ticarətlə ödənişlərin həcmi ₼2.5 milyardı ötdü

Azərbaycanda e-ticarət vasitəsi ilə ödənişlərin həcmi ikiqat artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin iyulu üzrə aparılan əməliyyatlarla bağlı statistikasında qeyd edilir.

Hesabat dövrü ərzində Azərbaycanda 6 948 min əməliyyat aparılmış və bu əməliyyatların məbləği 443 milyon manatı əhatə etmişdir. Bu da son ayda 32 milyon, yaxud 7.79 faiz artım deməkdir.

Azərbaycan əhalisinin e-ticarətlə ödənişlərinin 2021-ci ilin ilk 7 ayı ərzində həcmi 2 milyard 536 milyon manat olmuşdur. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 98% artım dinamikasıdır.

E-ticarətlə ödəniş əməliyyatları, mln. AZN
Aylar 2020-ci il 2021-ci il
Yanvar 225 298
Fevral 242 305
Mart 268 372
Aprel 225 346
May 237 361
İyun 269 411
İyul 275 443
CƏMİ     1,741.0     2,536.0
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər