14 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda ƏDV üzrə proqnoz 3%-ə yaxın artırılır

2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 8 milyard 326,2 milyon manatının və yaxud 21,7%-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,7% çoxdur.

Əlavə dəyər vergisi üzrə daxilolmaların 3 milyard 758,2 milyon manatını və yaxud 45,1 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 568 milyon manatını və yaxud 54,9%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 15,7% az və 25,2% çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər