Nazirlər Kabineti “Ehtimal olunan qiymətin hesablanması Qaydası”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar bu il yanvarın 1-dən qüvvəyə minib. Qayda “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq hazırlanıb və Qanunun şamil edildiyi satınalan təşkilatlar tərəfindən maliyyə vəsaitləri hesabına satın alınacaq satınalma predmetinin ehtimal olunan qiymətinin hesablanması qaydasını müəyyən edir.