11 C
Baku
Wednesday, April 9, 2025

Azərbaycanda elektrik avtomobillərin 77%-i Çindən alınır – SİYAHI

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 2 592 ədəd elektrik avtomobil idxal edib ki, bu da ümumilikdə 104 milyon dollar dəyərində olub. Bu da illik müqayisədə idxalın 7 faiz artıb.

Banker.az-ın rəsmi məlumatlara istinadən xəbərinə görə, ölkənin elektrik avtomobillərə olan tələbatının böyük hissəsi Çin istehsallı nəqliyyat vasitələri ilə təmin edilir.

Çin bu dövrdə Azərbaycanın idxal etdiyi elektrik avtomobillərinin 77%-ni təşkil edərək 2 013 ədəd avtomobil satıb. Bu idxalın ümumi dəyəri 73.6 milyon dollar olub. Çin avtomobil sənayesinin qlobal bazarda artan təsiri Azərbaycanın elektrik nəqliyyatı bazarında da təsirini göstərməkdədir. Keçən ilin eyni dövründə Çindən 2 004 ədəd e-car ($71.12 mln.) idxal edilmişdi.

Azərbaycan digər ölkələrdən də elektrik avtomobilləri idxal edib. İkinci ən böyük təchizatçı Almaniya olub – 198 elektrik avtomobil idxalı ilə 14.6 milyon dollar dəyərində. Keçən ilin eyni dövründə 217 ədəd elektrik avtomobil idxal edilmişdi və bunun da idxal dəyəri $19.68 mln. idi.

ABŞ 283 avtomobil və 7,7 milyon dollarla üçüncü yerdədir. Böyük Britaniya isə yalnız 15 avtomobil göndərməsinə baxmayaraq, bu avtomobillərin ümumi dəyəri 5.7 milyon dollar təşkil edib.

Digər diqqətçəkən təchizatçılar arasında Belçika (15 avtomobil, 1 milyon dollar), İtaliya (8 avtomobil, 672 min dollar), Cənubi Koreya (19 avtomobil, 443 min dollar) və Yaponiya (9 avtomobil, 93 min dollar) var.

Xatırladaq ki, Azərbaycan hökuməti tərəfindən ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15% idxal gömrük rüsumu 0%-ə endirilib. Lakin zavod buraxılış tarixindən 3 ilədək ötəməmiş yalnız elektrik mühərrikli minik avtomobillərə aid edilir.

a345343343

Son xəbərlər
Digər xəbərlər