2022-ci ilin yanvar- iyul aylarında Azərbaycanda 15 mln 300 min kVt/s elektrik enerjisi istehsal edilib, əvvəlki illə müqayisədə elektrik enerjisi 2.9% artıb
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ayrı–ayrı növlərə gəlincə, Azərbaycanda su elektrik stansiyalarında 114.6 mln kVt/s ( 33.8% artım) , istilik elektrik stansiyalarında 1358.6 mln kVt/s (0.9% artım) , küləklə işləyən elektrik stansiyalarında 18.4 mln kVt/s ( 65.7% azalma) , günəş elektrik stansiyalarında isə 37 mln kVt/s ( 17.5% artım) elektrik istehsal edilib.