12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda elektrik enerjisinin 1%-i tullantıların yandırılmasından alınır

Azərbaycanda il ərzində istehsal edilən elektrik enerjisinin 1%-i tullantıların yandırılmasından əldə edilir.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

“Təmiz Şəhər” ASC-nin məlumatına görə,  termik üsulla zərərsizləşdirilən tullantıların yanması nəticəsində il ərzində təxminən 200 mln. kVt/saata qədər elektrik enerjisi istehsal olunur. İstehsal edilən enerjinin bir hissəsi Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun daxili tələbatının ödənilməsi üçün istifadə edilir, qalan 80-85% enerji isə ümumi şəbəkəyə ötürülür.

Zavodda yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutulur və ətraf mühiti çirkləndirmir. Daha ağır və zərərsiz olan dib külü isə yol inşasında istifadə olunur.

Qeyd edək ki, bərk məişət tullantılarından yandırılaraq enerji əldə olunması təcrübəsi dünyada geniş yayılıb. Azərbaycan da bu təcrübədən faydalanmaqdadır. 2013-cü ildən fəaliyyətə başlayan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu çeşidləmədən sonra təkrar emala yararsız və yanması mümkün olan 500 min tona qədər tullantı qəbul etmək gücündədir. İstehsal gücünə görə Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə qurulan müasir zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi üzrə bütün normativlərinə tam cavab verir. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır.

Son xəbərlər
Digər xəbərlər