21 aprel 2023-cü il saat 14.00-da “Azərelektrikşəbəkətikinti”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyi:
1.Cəmiyyətin 2022-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı.
2. Cəmiyyətin ayrılma üsulu ilə yenidən təşkili.
3. Cəmiyyətin ləğv olunması.
4. Cəmiyyətin ləğv olunması ilə əlaqədar ləğvetmə komissiyasının (təsviyyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.
5. İdarə heyətinin, direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının tərkibində dəyişiklik olunması.
6. ASC-nin nizamnaməsinə yeni redaksiyada düzəliş edilməsi.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.