10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda “elektron əmək birjası” platforması hazırlanır

“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxs “Evrodizayn” QSC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Elektron əmək birjası” platformasının hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 361 052 manatdır.

Qeyd edək ki, “Evrodizayn” QSC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2000 manatdır və qanuni təmsilçisi Teymur Tağıyevdir.

Son xəbərlər
Digər xəbərlər