16 C
Baku
Friday, May 2, 2025

Azərbaycanda elektron dərsliklər hazırlanacaq, nazirlik 2 milyon manat ayırdı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Edumedia-Azərbaycan” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə elektron dərs mövzuları üzrə video materialların hazırlanması və sistemə yerləşdirilməsi, elektron dərs üzrə test suallarının və cavablarının hazırlanması və sistemə yerləşdirilməsi, informasiya təhlükəsizliyinin artırılmasına dair maarifləndirici video çarxların hazırlanması, maliyyə savadlığının artırılmasına dair maarifləndirici video çarxların hazırlanması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 1 957 867 AZN təşkil edir.

Son xəbərlər
Digər xəbərlər