6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda “Elektron İpoteka Portalı”nın tətbiqinə başlanılıb

Fevraldan xidmətdən əhali də istifadə edə biləcək

Azərbaycan İpoteka Fondu “Elektron İpoteka Sistemi”nin (EİS) tətbiqini uğurla başa çatdırıb və sistem ipoteka bazar iştirakçılarının istifadəsinə verilib.

Fonddan verilən məlumata görə, sistemin tətbiqi ipoteka bazar iştirakçılarına – müvəkkil kredit təşkilatlarına (MKT), sığorta və qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində (onlayn) həyata keçirilməsinə imkan verir. Bu da öz növbəsində, kreditləşmə prosesinin sürətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin edir.

Bununla yanaşı, fevralın 2-dən etibarən EİS sisteminin davamı olan “Elektron İpoteka Portalı” real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək. Belə ki, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə www.e-ipoteka.az-a daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir. Eyni zamanda, ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs müvəkkil kredit təşkilatlarının ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq müraciətini təsdiqləməlidir.

İpoteka kreditləri üzrə müraciətlərin real vaxt rejimində (onlayn), aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına və eləcə də fondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcək.

Apa.az

Son xəbərlər
Digər xəbərlər