Elektron pul təşkilatı “PulPal” MMC-də rəhbər dəyişikliyi baş verib.
Banker.az xəbər verir ki, şirkətin təkbaşına rəhbəri vəzifəsinə Mehriban Əlizadə Niyazi qızı təyin olunub.
O, bu vəzifədə daha əvvəl şirkətə rəhbərlik edən Vüsal Hadıyev Fətulla oğlunu əvəz edib.
M. Əlizadə 2024-cü ilin fevralından 2025-ci ilin dekabrınadək müvafiq vəzifədə çalışıb. O, 2026-cı ilin yanvarından iyulunadək “Azər Türk Bank” ASC-də Biznes Proseslərinin İdarəedilməsi Departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.
Bundan əlavə, M. Əlizadənin maliyyə sahəsində 21 illik iş təcrübəsi var.
“PulPal” MMC-yə ödəniş təşkilatı fəaliyyəti üzrə EPT-008 nömrəli lisenziya 24 iyul 2024-cü ildə verilib. Şirkətin hazırda 1 milyon 422 min 610 manat nizamnamə kapitalı var.
Şirkətə verilmiş lisenziya kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və digər ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası, ödəniş əməliyyatlarının ekvayrinqi, elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası, həmçinin ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətlərini əhatə edir.







