Elektron pul təşkilatı “Guavapay” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 917 min manat və ya təqribən 2 dəfə artırılaraq 1 milyon 812 min manata qaldırılıb.
Buna qədər şirkətin kapitalı 895 min manat idi. Şirkət 2024-cü ildə 750 min manat kapitalla yaradılmışdı.
“Guavapay” MMC 09 aprel 2025-ci il tarixində EPT-018 nömrəli lisenziya alıb. Şirkətə ödəniş əməliyyatlarının ekvayrinqi, pul köçürməsi, elektron pulun emissiyası və elektron pulla ödənişlərin icrası, ödəniş əməliyyatları üzrə vasitəçilik və hesab üzrə məlumat xidməti fəaliyyətlərini həyata keçirmək hüququ verilib.






