14 C
Baku
Wednesday, November 5, 2025

Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirildi

Azərbaycanda lisenziya ilə fəaliyətdə olan elektron təşkilatı “Tiko Azərbaycan” MMC-nin (Tiko) rəhbəri dəyişdirilib.

Banker.az xəbər verir ki, şirkətin ali idarəetmə orqanı olan Ümumi Yığıncaq qərarı ilə Cenk Mustafa Abac şirkətin direktoru təyin edilib. O, həmçinin “Figensoft Azerbaycan” şirkətinin direktorudur.

O bu vəzifədə Samir Hacıyev Murad oğlunu əvəz edib.

“Tiko” şirkəti keçən ilin son ayında Azərbaycan Mərkəzi Bankından elektron təşkilatı kimi lisenziya əldə edib. Şirkət ödəniş əməliyyatının ekvayrinqi; elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını həyata keçirə bilər.

Elektron pul təşkilatı – Qanunla müəyyən olunmuş qaydada aldığı lisenziya əsasında elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər