2025-ci ilin aprelində lisenziya əldə edən elektron pul təşkilatı “Azvvallet” MMC-nin (Azwallet) direktoru dəyişdirilib.
Banker.az xəbər verir ki, Anar Axundov Afiq oğlu “Azwallet”in direktoru təyyin edilib.
Buna qədər elektron pul təşkilatına Ceyhun Nağıyev Vaqif oğlu bu vəzifəyə rəhbərlik edib.
Xatırladaq ki, “Azvvallet” MMC 2024-cü ilin yayında təsis edilsə də, 09.04.2025-ci il tarixdə Mərkəzi Bankdan lisenziya əldə edib. Onun lisenziyasına ödəniş əməliyyatının ekvayrinqi, pul köçürməsi və elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası daxildir. Hazırda 817 662 manat nizamnamə kapitalı var.






