Azərbaycanda lisenziya ilə fəaliyyətdə olan elektron pul təşkilatları “Algoritma” MMC-nin rəhbərliyində bir sıra mühüm dəyişikliklər həyata keçib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, indiyə qədər şirkətin direktoru olan Toğrul Quliyev Ədalət oğlu Müşahidə Şurasının sədi seçilib.
Təsisçilərin digər qərarı ilə Tural Eyvazlı Azad oğlu və Femida Seyidova Mayıl qızı Müşahidə Şurasının üzvü seçiliblər. Tural Eyvazlı hazırda “İnvestAZ” İnvestisiya Şirkətinin Müşahidə Şurasının üzvüdür. Femida Seyidova isə Vəkillər Kollegiyasının üzvüdür.
Hazırda şirkətin direktor vəzifəsi vakantdır.
T.Quliyev daha əvvəl “Invest-AZ” İnvestisiya Şirkəti, “McDermott International Inc.” və “BUE Caspian” şirkətlərində çalışıb. 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetində pedaqogika ixtisası üzrə bakalavr təhsili alıb.








