“Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda elektron pulla bağlı geniş tənzimləmə öz əksini tapacaq.
Banker.az Reporta istinadla xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin üzvü, hüquq və icra departamentinin direktoru Əfqan Baxışov Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.
“Ən mühüm yeniliklərdən biri də odur ki, elektron pulla bağlı məsələlər Azərbaycan qanunvericiliyi ilə az-çox geniş tənzimlənəcək. Sənəddə bildirilir ki, elektron pulun emissiyasını elektron pul təşkilatları, beynəlxalq və xarici bankların yerli filailalları, poçt rabitəsi milli operatoru, xarici elektron pul təşlatlarının yerli filialları həyata keçiriəcək”, – deyə o, qeyd edib.
MBNP rəsmisinin sözlərinə görə, elektron pulun valyutasının ilkin dövrdə manat olması nəzərdə tutulub: “Daha sonra digər valyutalara da baxıla bilər. Elektron pulun emissiyasında limit müəyyən olunacaq, maksimal hədd qoyulacaq. Əlavə pul kütləsinin yaradılmaması üçün hesabdalı məbləğ qədər emissiyaya icazə veriləcək”.