10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda elektron səhiyyə strategiyası hazırlanacaq

Mayın 20-də Səhiyyə Nazirliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionun Səhiyyə, qidalanma və əhali üzrə praktika meneceri Tania Dmitraçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Banker.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə institutu olan Dünya Bankı ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğulayıb.

Rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev səhiyyə sisteminin təkmilləşdirilməsini ölkəmiz üçün prioritet məsələ olduğunu bildirib. Onun sözlərinə görə, son zamanlar Səhiyyə Nazirliyinin Dünya Bankının missiyaları ilə mütəmadi olaraq keçirilən görüşləri əməkdaşlığın yüksək xəttlə inkişaf etməsinə təkan verir.

“Hər görüşümüz bizi əsas məqsədə, yəni Azərbaycan elektron səhiyyə strategiyasının təkmilləşməsinə daha da yaxınlaşdırır”, – deyə nazir fikrini tamamlayıb.

Öz növbəsində Tania Dmitraçenko Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildiriblər.

Sonra Dünya Bankının nümayəndələri “2022-2026-cı illər üçün Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması” layihəsini təqdim ediblər.

Konstruktiv və dostluq şəraitində keçən görüş zamanı tərəflər həmçinin Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini müzakirə ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər