Bu il Azərbaycanda elektron ticarətin həcmi artıb.
Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu ilin yanvar-noyabr aylarında ölkədə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 13,5 milyon manatlıq istehlak məhsulları satılıb.
Bu, 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz çoxdur.







