9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda “Elektron Tikinti Portalı” vasitəsilə görülmüş işlər açıqlanıb

2019-2023-cü illərdə Azərbaycanda “Elektron Tikinti Portalı” vasitəsilə 262 icazə icraatı, 1 552 məlumatdırma icraatı həyata keçirilib.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin I müavini Namiq Hümmətov Bakıda keçirilən “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi və cari dövr ərzində görülmüş işlərə dair təqdimat” mövzusunda “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclasında bildirib.

Onun sözlərinə görə, 5 il əvvəl istifadəyə verilmiş portal bu sahədə əsaslı dəyişikliklərin başlanğıcı olub: “Şəhərsalma üzrə normativ hüquqi baza güclənib, tikintiyə icazələrin alınması asanlaşıb”.

“Tikinti sektoru ölkə iqtisadiyyatının aparıcı sektorundan biridir. O, təkcə iqtisadi artıma töhfə vermir. Tikinti sahəsində baş verən dəyişikliklər ölkənin iqtisadiyyatına birbaşa təsir edir”,- deyə sədr müavini əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər