7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda enerji menecerinə dair tələblər müəyyənləşib

Baş nazir Əli Əsədov “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Banker.az xəbər verir ki, qərara əsasən, energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə azı 3 il iş təcrübəsi olan şəxslər bu Qaydaya uyğun olaraq attestasiyadan keçdikdən sonra enerji idarəçisi (meneceri) kimi təyin edilə bilərlər.

Attestasiya işəgötürənin təşkil etdiyi, bir üzvü Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi olmaqla, sədr və digər 4 üzvdən ibarət attestasiya komissiyası tərəfindən həyata keçirilir. Komissiyanın fəaliyyəti işəgötürənin təsdiq etdiyi reqlamentlə tənzimlənir.

 

Son xəbərlər
Digər xəbərlər