Azərbaycanda iri energetika şirkəti “AZENCO” ASC-nin 2022-ci il üzrə maliyyə hesabatında məlum olub ki, ildə 18.69 milyon manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, şirkət hesabat müddətində 40.62 mln. manat gəlir əldə edib. Bu da 2021-ci ili 5.77 mln. manat və ya 17 faizlə üstələyir. Şirkətin satışlarının maya dəyəri 25.87 mln. manat təşkil edir ki, bu da onu 14.75 mln. manat ümumi mənfəətə gətirib çıxarır.
Şirkətin 24.21 mln. manat sair gəlirləri, 21.57 mln. manat inzibati xərcləri olub.
Şirkətin ümumilikdə 226.81 mln. manat aktivləri (2021: 228.92 mln.), 175.26 mln. manat cəmi kapitalı (159.67 mln. manat) və 51.55 mln. manat öhdəlikləri (69.26 mln. manat) vardır.
Xatırladaq ki, “AZENCO” ASC 2002-ci ildə yaradılıb, Azərbaycanın aparıcı enerji-tikinti şirkətidir. Onun nizamnamə kapitalı 6 837 298 manatdır. Şirkət “Azenco” Group” MMC-yə daxildir. Qrupun şirkətdə payı 97.56%-dir. Bu holdinq “Expressbank” ASC-nin səhmlərinin təxminən 48.8%-nə nəzarət edir.