Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin cəmi depozitləri 243.4 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 69.8 milyon manat və ya 40.2% çoxdur. Hesabat dövründə fərdi sahibkarların xarici valyutada olan depozitləri isə 31.8 milyon manat ekvivalentində təşkil edir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 31 oktyabr 2022-ci il tarixinə olan hesabatında deyilir.
Hesabata əsasən, təkcə oktyabr ayı ərzində fərdi sahibkarlar 10.7 milyon manat cəmi depozit yerləşdirib. Onların xarici valyutada yerləşdirdikləri depozitin həcmi isə 4.2 milyon manat ekvivalentində olub.