2025-ci ilin noyabr ayının sonuna Azərbaycanda fərdi sahibkarlara verilmiş kreditlərin həcmi 4 milyard 231.2 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, 2024-cü ilin dekabr ayında fərdi sahibkarlara verilən kreditlərin həcmi 3 milyard 693.2 milyon manat olub.
Nəticədə ilin əvvəli ilə müqayisədə artım 520.31 milyon manat və ya təxminən 14 faiz təşkil edib.
Bunun da 4 milyard 184.8 milyon manatı milli valyutada, qalan 46.4 milyon manatı xarici valyutada olub.









