20 C
Baku
Wednesday, October 15, 2025

Azərbaycanda fərdi sahibkarların sayı 1.44 milyona çatır

Azərbaycan Respublikasında 2025-ci il oktyabrın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 435 mini keçib.

Banker.az xəbər verir ki, bu da 2025-ci ilin ilk üç rübündə həmin sahibkarların 46 min nəfər artması deməkdir.

İlin əvvəlində qeydə alınan 1 milyon 389 mini nəfər sahibkar vardı.

Fərdi sahibkarların 76,4 faizini kişilər, 23,6 faizini isə qadınlar təşkil etmişdir.

01.10.2025-ci il vəziyyətinə fərdi sahibkarların iqtisadi fəaliyyət növləri üzrə bölgüsü belədir:

  • Cəmi: 1 435 420 nəfər (100%)
  • Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 534 682 nəfər (37,2%)
  • Mədənçıxarma sənayesi: 1 317 nəfər (0,1%)
  • Emal sənayesi: 29 967 nəfər (2,1%)
  • Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı: 91 nəfər (0,0%)
  • Su təchizatı; tullantıların təmizlənməsi və emalı: 1 209 nəfər (0,1%)
  • Tikinti: 30 408 nəfər (2,1%)
  • Ticarət; nəqliyyat vasitələrinin təmiri: 267 329 nəfər (18,6%)
  • Nəqliyyat və anbar təsərrüfatı: 164 242 nəfər (11,4%)
  • Turistlərin yerləşdirilməsi və ictimai iaşə: 54 051 nəfər (3,8%)
  • İnformasiya və rabitə: 15 194 nəfər (1,1%)
  • Maliyyə və sığorta fəaliyyəti: 3 992 nəfər (0,3%)
  • Daşınmaz əmlakla əlaqədar əməliyyatlar: 18 250 nəfər (1,3%)
  • Peşə, elmi və texniki fəaliyyət: 34 115 nəfər (2,4%)
  • İnzibati və yardımçı xidmətlərin göstərilməsi: 27 792 nəfər (1,9%)
  • Təhsil: 19 562 nəfər (1,4%)
  • Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi: 7 905 nəfər (0,5%)
  • İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət: 19 691 nəfər (1,4%)
  • Digər sahələrdə xidmətlərin göstərilməsi: 131 656 nəfər (9,2%)
  • Ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət: 73 967 nəfər (5,1%)

 

Son xəbərlər
Digər xəbərlər