Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) bildirir ki, Azərbaycandakı “Prokter & Gembl Azərbaycan Servisləri” MMC
şirkəti məhsulunu reklam edərkən haqsız rəqabətə yol verib.
Banker.az xəbər verir ki, söhbət “Fairy” qabyuyan mayenin reklamından gedir.
Məlum olur ki, şirkət qabyuyan mayesinə aid “özünü yoranlar ailəsi – işini bilənlər ailəsi” məzmunlu reklamların yayımlanması zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmaqla haqsız rəqabətə yol vermə əlamətləri var.
Buna görə də AİBNDX “P& G Azərbaycan Servisləri” MMC-yə qarşı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlaməti ilə iş qaldırıb.
Məsələyə, 25 iyul 2023-cü il tarixində AİBNDX-də baxılacaq.