10 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda faktorinq əməliyyatlarının həcmi ₼600 milyona çatıb

Azərbaycanda faktorinq əməliyyatlarının həcmi 2023-cü ilin ilk 11 ayında 594.6 milyon manat təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin eyni dövrü ilə müqayisədə faktorinq əməliyyatları 95.4 milyon manat və ya 19% çoxdur.

2023-cü ilin noyabr ayında faktorinq xidmətlərinin həcmi 51 mln. manata yaxın olub.

urejterke

 

Azərbaycanda faktorinq əməliyyatları
Tarix, ilk 11 ay üzrə mln. manat
2018     179.1
2019     333.3
2020     345.7
2021     403.1
2022     499.2
2023     594.6

 

Faktorinq (factoring ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını daşıyır) kommersiya banklarının, onların törəmə faktor firmalarının kiçik və orta firmalara, müştərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır. Onun mahiyyəti ondan ibarətdir ki, faktor firma öz müştərisindən borcları almaq hüququnu alır, öz müştərilərinin borclarını hissə-hissə ödəyir. Daha doğrusu, borcların 70-90%-ə qədərini ödəmə müddəti çatana kimi ödəyir. Borcun qalan hissəsini isə müştəriyə onun borclusunun bütün məbləği qaytardıqdan sonra müəyyən edilmiş faizlər çıxılmaq şərtilə qaytarılır. Nəticədə faktor-firmanın müştərisi borcları tez qaytarmaq imkanı əldə edir və buna görə də faktor firmaya faizlər ödəyir. Faktorinq əməliyyatlarının icra olunduğu şəraitdə müştəri öz borclusundan borcunu almaq hüququnu faktor firmaya verir.

 

 

Son xəbərlər
Digər xəbərlər