10 C
Baku
Thursday, November 14, 2024

Azərbaycanda fermerlərin yem xərcləri 10 %-dək azalacaq

Azərbaycanda bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrə idxalının Nazirlər Kabinetinin qərarına əsasən 2023-cü ilin sonunadək gömrük rüsumundan azad edilməsi yem xərclərinin 10 %-dək azalmasına səbəb olacaq.

Bunu açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

Onun sözlərinə görə, bu qərar heyvandarlıq və quşçuluqla məşğul olan intensiv fermaların yem xərclərinin azalmasını təmin edəcək.

“Bu, dünya bazarında yem məhsullarının qiymətlərinin artımının fermerlərə təsirini azaltmaq üçün verilmiş qərardır.

Yem xərclərinin azaldılması hesabına quş əti və yumurtanın qiymətində artım baş verməyəcək. Toxumların idxal gömrük rüsumundan azad edilməsi fermerlərin istehsal xərclərini azaldacaq və buda özlüyündə bazar qiymətlərinə təsir edəcək”.

F. Fikrətzadə hesab edir ki, ilin sonunda qiymətlərdə ciddi azalma baş verərsə, bunu qərarın müddətinin uzatmağa ehtiyac olmayacaq: “Amma yenədə yem məhsullarının qiyməti yüksək səviyyədə qalarsa, güzəşt müddəti yenidən uzadılacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı fevralın 7-dən qüvvəyə minib.

Son xəbərlər
Digər xəbərlər