10 C
Baku
Thursday, March 12, 2026

Azərbaycanda ferval üzrə iqtisadi artım tempi açıqlandı

2026-cı ilin yanvar-fevral aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Halbuki, bu yanvarda 1,7 faiz illik artımla idi.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu müddət ərzində ÜDM həcmi 18 milyard 473,1 milyon manat təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artmışdır. ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 12,3 faizini təşkil etmişdir.

432 scaledHökumət 2026-cı ildə iqtisadiyyatın 2,9% (bəzi son rəsmi açıqlamalarda 3,5%-ə qədər) artacağını proqnozlaşdırır.

Qurum 2026-cı il üzrə artım proqnozu
BMT 2.7%
Dünya Bankı 2.4%
IMF (BVF) 2.1% – 2.5%
Fitch Ratings 2.5%
S&P Global 1.7%

 

Son xəbərlər
Digər xəbərlər